Prezident qərar verdi: Türkmənistanda bütün avtomobillər ağ rəngdə olacaq
Türkmənistan rəhbərliyi ölkədə yalnız ağ rəngli avtomobillərin saxlanmasına icazə verib.
Trend-in məlumatına görə, bu qərar yanvarın əvvəlində qəbul olunsa da, son həftələrdə qərarın icraslı daha da sərtləşdirilib.
Qeyd olunur ki, avtomobili başqa rəngdə olıan şəxslər cərimələnir. Mart ayından başlayaraq keçirilən reydlərdə minlərlə avtomobil sahibi nəqliyyat vasitələrini ağ rəngə boyatmalı olub.
Mayın 25-i, Aşqabad günü qeyd olunan tarixədək paytaxt yollarında fərqli rəngdə avtomobillər qalmayacaq.
Bir müddət əvvəl rəngli avtomobillər ölkənin digər regionlarına satmağa icazə verilsə də, son günlərdə bölgələrdə də rəngli avtomobillərin qeydiyyatı dayandırılıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.