Bu gün AFFA Gənclər Liqasında 2017/2018 mövsümünə yekun vurulub.
Qol.az-ın məlumatına görə, mövsümün son oyunu Sumqayıtda keçirilib. “Qəbələ” və “Qarabağ” komandaları çempionluq oyununa çıxıb. 23 turdan sonra ehtiyatında 59 xal olan komandalar ilk 2 pilləni bölüşdürürdülər. Ancaq birinci və ikinci dövrədə keçirilən şəxsi oyunlardakı nəticələrə (1:0, 2:2) əsasən "Qəbələ" rəqibini qabaqlayırdı. Buna görə də çempion olmaq üçün "Qarabağ"a yalnız qələbə, "Qəbələ"yə isə heç-heçə də sərf edirdi.
Görüşdə qapılara qol vurulmayıb və "Qəbələ" çempion adını qazanıb. Beləliklə, bu mövsüm ölkəmizi UEFA Gənclər Liqasında "Qəbələ" təmsil edəcək. Xatırladaq ki, ötən mövsüm bu turnirdə Rəşad Sadıqovun komandası çıxış etmişdi.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb