Türkiyənin keçmiş prezidenti Abdullah Gül özünün yeni sənətini tapıb. ANS PRESS-in məlumatına görə, Fotomüxbirlər dərnəyi (TFMD) 11-ci prezidenti ziyarət edib.
A.Gül prezidentliyi dövründə onu izləyən fotoqrafların Türkiyənin yaxın tarixinə də şahidlik etdiklərini deyib.
Keçmiş prezident tələbəlik illərində fotoqraflıqla məşğul oluğunu deyib. O, hətta universitetdə də fotoqraflıq kursları təşkil edib. “O zaman hər şey daha çətin idi. İndi hər şey rəqəmsaldır".
A.Gül TFMD-nin ona hədiyyə etdiyi və üzərində adı yazılan jurnalist jiletini geyinib. Fotoaparatını əlinə alan Gül bu dəfə fotoqrafların şəklini çəkib. “İndi Gül yeni peşəsini tapdı deyəcəklər", deyə zarafat edib.
Bundan sonra 11-ci prezident fotomüxbirlərlə "müasir dövrün dəbi" dediyi selfi çəkdirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.