2017/18 mövsümü üçün İngiltərə Premyer Liqasının qalibi adını təmin edən “Mançester Siti” bu gün başa çatan yarışda tarixi rekord müəyyənləşdirib.
Qol.az-ın yaydığı xəbərə görə, bu gün “Sauthempton”la matçda Qabriel Jesusun yeganə qolu sayəsində qalib gələn Xosep Qvardiolanın komandası mövsümü 100 xalla başa vurub (32 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət). Bununla da İngiltərə Premyer Liqasında ən çox xal toplanmaya görə yeni rekord müəyyənləşib. Buna qədər ən yaxşı göstərici “Çelsi”yə məxsus idi (2004/05 mövsümü, 95 xal).
“Mançester Siti” həmçinin Premyer Liqada keçirdiyi 38 oyunda 106 qol vurub və 27 qol buraxıb. Bununla da onlar bu mövsüm ən çox qol vuran və ən az qol buraxan komanda olub
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb