Ukraynanın Debaltsevo şəhərində atəş nəticəsində ölən 500 dinc sakinin meyiti aşkar edilib. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Samanta Pauer bəyan edib. "Məruzədə Debaltsevoda qalan yüzlərlə adsız qurban nəzərə alınmayıb. Belə ki, ötən ay mühasirə aradan qaldırıldıqdan sonra Rusiya atəşindən evlərdə və zirzəmilərdə gizlənən 500 insanın cəsədi tapılıb", — deyə Samanta Pauer BMT Təhlükəsizlik Şurasının iclası zamanı bildirib. ABŞ nümayəndəsi bildirib ki, BMT Baş katibinin insan haqları üzrə köməkçisi Şimonoviçin məruzəsində bu faktlar yer almayıb. Pauerin sözlərinə görə, Debaltsevo sakinləri qondarma Donetsk Xalq Respublikası qoşunlarının atəşinə məruz qalıblar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.