banner
banner

İdman

"Atletiko" Avroliqanın qalibidir!

"Atletiko" Avroliqanın qalibidir!

2017/18 mövsümündə UEFA Avropa Liqasının qalibi müəyyənləşib.

Qol.az xəbər verir ki, finalda Madrid “Atletiko”su “Marsel”lə üz-üzə gəlib. Lionda keçirilən görüşdə "Atletiko" inamlı qələbə qazanıb - 3:0.

Bununla da “Atletiko” üçüncü dəfə Avroliqanın qalibi olub. İspaniya təmsilçisi 2009/2010 və 2011/12 mövsümündə qitənin ikinci dərəcəli klub turnirini qazanıb.

Xatırladaq ki, Dieqo Simeonenin komandası Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olub. Ağdam klubu Madridlilərlə hər iki görüşdə (0:0, 1:1) rəqibindən xal almağı bacarıb. 

UEFA Avropa Liqası

Final

16 may

“Marsel” (Fransa) - “Atletiko” (İspaniya) - 0:3 
Qollar: 
Antuan Qrizmann, 21, 49, Qabi, 89 
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Lion, “Park Olimpik Lion”

 

 

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.