UNESCO-nun baş katibi İraqın şimalında yerləşən qədim Hatra şəhərinin (Əl-Hadr) qalıqlarının yerlə bir edilməsini pisləyib.
ANS PRESS-in məlumatına görə, UNESCO-nun baş katibi və ISESCO-nun rəhbəri Əbdüləziz Usman Əltüveyrcinin İŞİD yaraqlılarının İraqda yerləşən qədim Hatra şəhərini dağıtması ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Hatra şəhərinə qarşı həyata keçirilən barbarlıq İŞİD-in ərəb xalqının tarixi irsinə nifrətini bir daha nümayiş etdirir.
1985-ci ildə YUNESKO-nun “Dünya Mədəni İrs Siyahısı”na daxil edilən Hatra arxeoloji parkının dağıdılması barədə İraqın Turizm və Antiklik Nazirliyinin nümayəndəsi məlumat verib. Daha sonra bu informasiya Kürdüstan Demokratik Partiyasının fəalı Səid Mumuzini tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, bundan əvvəl isə İŞİD yaraqlıları qədim Nimrud şəhərini məhv etmişdilər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.