Fransada terror aktının qarşısı alınıb - 2 misirli qardaş saxlanılıb
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Jerar Kollon bildirib.
Qeyd olunur ki, saxlanılanlar əslən misirli olan iki qardaşdır.
Nazir bildirib ki, onların güclü zəhər və ya partlayıcı maddə ilə terror aktı törədə biləcəyi ehtimal olunub. Nazirin sözlərinə görə, hazırda araşdırmalar başlayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.