Türkiyə prezidentliyinə namizəd: Seçilərəmsə, Əsədi Ankaraya dəvət edəcəm
Türkiyə prezidentliyinə namizəd, “Vətən” partiyasının lideri Doğu Perinçek seçkilərdə qalib gələcəyi təqdirdə Suriya ilə münasibətləri normallaşdırmağa başlayacağını deyib.
Trend-in məlumatına görə, o bildirib ki, prezident seçildikdən sonrakı gün Suriya Prezidenti Bəşər Əsədi Ankaraya dəvət edəcək:
“Suriya münaqişəsinin həllinin açarı Rusiya-Türkiyə dostluğudur. Mən prezident seçilsəm, növbəti gün Bəşər Əsədi Türkiyəyə dəvət edəcəyəm və onu şəxsən Ankara hava limanında qarşılayacağam. Beləliklə, biz Türkiyə ilə Suriya arasındakı münasibətləri bərpa edəcəyik və eyni zamanda Ankara-Dəməşq-Moskva müstəvisində Rusiya ilə münasibətləri möhkəmləndirəcəyik”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.