banner
banner

Dünya

Peşmərqə İŞİD-ə hücum edir

Peşmərqə İŞİD-ə hücum edir

ABŞ-ın hava zərbələri ilə dəstəklənən İraq kürd peşmərgələri netflə zəngin Kərkük bölgəsində İŞİD qüvvələri üzərinə hücuma başlayıblar.

ANS PRESS-in məlumatına görə, kürd qüvvələri şəhərin cənubundan keçən cəbhə boyunca hücuma keçiblər.

Bu arada İraq ordusu və şiə silahlıları İŞİD silahlılarını Tikrit şəhərindən vurub çıxarmağa çalışırlar.

Xəbər verilir ki, İŞİD Tikrit üzərinə hücumu dayandırmaq üçün nəzarətində olan Mosuldakı qüvvələrinin bir hissəsini ora göndərib.

Bəzi xəbərlərə görə, Tikrit üzərinə hücum edən hökumət qoşunlarına İran kömək edir.

Kərkük və Tikrit yaraqlıların nəzarətində olan iki əsas istehkamdır.

İraqın müdafiə naziri Khalid al-Obeidi deyib ki, o qoşunlara həm ABŞ, həm də İran tərəfindən dəstək verilməsindən məmnundur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.