"Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda Topaz Premyer Liqasının sonuncu turunda "Qəbələ" ilə oyundan sonra brifinq keçirib. Qol.az-ın məlumatına görə, o, gələcək karyerası haqda da danışıb:
- "Qarabağ”la son matçınız idi...
- Təkcə futbolda yox, həyatda da belədir. Hansısa dövr başa çatır, bir yenisi başlayır. Azərbaycanda keçirdiyim illərdən ancaq xoş xatirələr qalacaq. Bu gediş vida deyil, bəlkə də geri döndüm, həyatda hər şey ola bilər.
- "Fiorentina” və digər klubların adı çəkilir. Dəqiqləşən bir şey var?
- Yox hələ dəqiq qərar verməmişəm. "Fiorentina” haqqında isə eşitməmişəm.
- Bəs hansı ölkələrdən təkliflər var?
- Müqavilə imzalananda hamı biləcək.
- Ölkə xaricində hansısa klubda çıxış edəcəyiniz halda, yığmaya yenə gələcəksiniz?
- Nə qədər ki, mənə ehtiyac var, hər çağırışda millinin yanında olacağam. Mənim üçün şərəfdir.
- Altı ildir ki, burda yaşayırsınız, millidə də çıxış edirsiniz. Biz sizi özümüzünkü kimi bilirik. Siz özünüzü necə hiss edirsiniz?
- Təbii ki, hisslərimiz qarşılıqlıdır. Təkcə mən yox, hətta həyat yoldaşım da özünü burada yad hiss eləmir.
- Gedişinizdə həlledici məqam nə oldu?
- Futbol oynayan daha yaxşı bilər, bəzən nəyisə dəyişmək lazım gəlir. Məndə də məhz bu ehtiyac səbəbindən nəzərə aldıq ki, yerimizi dəyişək.
- Reynaldo "Qarabağ”dan gedəndən sonra karyerasında eniş yaşandı. Bundan ehtiyatlanmırsınız?
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb