banner
banner

Dünya

SOS! Ölümcül virus yenidən aşkarlandı

SOS!
Dünyanın ən ölümcül viruslarından olan Nipah Hindistanda yenidən aşkarlanıb.
 
Qaynarinfo xəbər verir ki, 1999-cu ildə Malaziyada yayılan və çox sayda insanın ölümünə səbəb olmuş Nipah Hindistanda Kerala əyalətində 9 nəfərin ölümünə səbəb olub, 90 nəfər isə karantin altına alınıb.
 
Bu virusa tutulanların 40-75%-i dünyasını dəyişir. Xəstəliyin əlamətləri yüksək hərarət, baş və boğaz ağrısı, yorğunluq, baş fırlanmasıdır və qripə oxşayır. Virus ağciyər və beyində su toplanmasına səbəb olur. İlk dəfə Malaziyanın Nipah ərazisində aşkarlanan virusun bioloji silah olması iddialar arasındadır. 
 
Xurma, xurma bəhməzi kimi məhsullarda Nipahın tapılma ehtimalı yüksəkdir. Yarasalar vasitəsilə meyvələrə bulaşan virus daha çox Sinqapur, Malaziya, Hindistan və Banqladeşdə müşahidə edilib. 
 
Dünya Səhiyyə Təşkilatına görə, xəstəliyi dərmanla sağaltmaq və ölüm təhlükəsini aradan qaldırmaq mümkün deyil. Virusa yoluxan şəxsə erkən diaqnoz qoymaq, xəstəliyə müqavimət göstərə bilmək üçün lazımi tədbirlərin həyata keçirilməsi insanları xilas edə bilər. Mütəxəssislər virusa qarşı peyvənd üzərində çalışır.
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.