banner
banner

Dünya

“Facebook” insanlara kömək edəcək

“Facebook” insanlara kömək edəcək

"The Verge nəşri yazır ki, "Facebook" sosial şəbəkəsi təbii fəlakətlər zamanı dost və qohumların təhlükəsizliyini yoxlamaq üçün yaradılmış yeni "Safety Check" funksiyasını təqdim edib.

"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, şəbəkə istifadəçinin olduğu yeri avtomatik təyin edəcək və əgər o, təbii fəlakət zonasına yaxındırsa, ona dostların bu haqda xəbər tutması üçün "Mən təhlükəsiz yerdəyəm" düyməsinə sıxmaq təklif ediləcək.

"Facebook"un direktoru və yaradıcısı Mark Zukerberq yeni funksiyanı Yaponiyada təqdim edib.
"Bizim mühəndislərimiz Yaponiyada fəlakətdən sonra insanların axtarışını yaxşılaşdırmaq üçün xidmətin yaradılması istiqamətində ilk addım atıblar" – "Facebook"da məhsulların idarəetməsi üzrə vitse-prezidenti Naomi Qleyt deyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.