"Fənərbaxça"da yeni prezident - 20 illik Yıldırım dövrü başa çatdı
Bu gün "Fənərbaxça" klubunda yeni prezident seçkisi keçirilib.
Seçkidə Əziz Yıldırım və Ali Koç yarışıb. Klub üzvlərinin 16 min 92 səsini toplayan iş adamı A.Koç "Fənərbaxça"nın yeni prezidenti seçilib. Ə.Yıldırım isə 4 min 644 səs toplayıb. Bununla da Yıldırımın klubdakı 20 illik hakimiyyətinə son qoyulub.
Qeyd edək ki, A.Koç "Fənərbaxça" tarixinin 33-cü prezidenti olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.