"Beşiktaş"ın U-16 komandasının qapıçısı Sərvət Dündar vəfat edib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, on gün öncə sinəsindən bıçaqlanaraq komaya düşən 16 yaşlı qolkiperin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Qaziosmanpaşada yerləşən restoranların birində qohumu ilə yemək yedikdən sonra evinə yollanan S.Dündar 5 nəfərin hücumuna məruz qalmış və bıçaqlanmışdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.