"Bavariya" Çempionlar Liqasının 1/8 finalında "Şaxtyor"la (Donetsk) cavab qarşılaşmasına ciddi itkilərlə çıxacaq.
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın zədəli futbolçuları Filipp Lam, Tiaqo Alkantara, Xavi Martines məşqlərə başlamalarına baxmayaraq, tam hazır olmadıqları üçün bu oyunu buraxacaqlar. Xabi Alonso isə ilk matçda qırmızı vərəqə aldığına görə "Şaxtyor"a qarşı matçda oynaya bilməyəcək.
Qeyd edək ki, "Bavariya" - "Şaxtyor" oyunu sabah keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşmada 0:0 hesablı qolsuz bərabərlik qeydə alınıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.