UEFA "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı cəzalandırıb.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna onun Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la cavab oyununda (1:2) hakimə qarşı etdiyi hərəkət səbəb olub. UEFA biri şərti olmaqla, 47 yaşlı mütəxəssisə iki oyunluq cəza tətbiq edib. P.Qvardiola bir mövsüm ərzində eyni hərəkəti edəcəyi təqdirdə, şərti cəza qüvvəyə minəcək.
Qeyd edək ki, P.Qvardiola "Liverpul"la matçın birinci hissəsi bitdikdən sonra meydançaya daxil olaraq hakim Mateu Laosa futbolçusu Leroy Sanenin qolunu qeydə almadığı üçün narazılığını bildirib. Hakimə qışqıran baş məşqçi texniki zonadan uzaqlaşdırılıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb