Xose Paskual Alba tezliklə “Valensiya”dan ayrıla bilər.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, istedadlı yarımmüdafiəçini həm “Real”, həm də “Barselona” heyətində görmək istəyir.
Maraqlıdır ki, “Valensiya” rəhbərliyi səhvən gənc futbolçuya yeni müqavilə təklif etməkdə gecikib. Belə ki, klub idarəçiləri 18 yaşlı futbolçunun sözləşməsinin 2018-ci ilin deyil, 2019-cu ilin yayında başa çatdığını zənn ediblər. Sonradan isə məlum olub ki, Xose hazırkı klubunu artıq ayın sonunda azad agent kimi tərk edə bilər.
Həm “Real”, həm də “Barselona” artıq futbolçu ilə danışıqlara start verib
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.