Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç DÇ-2018 çərçivəsində Argentinaya qarşı keçirəcəkləri oyundan danışıb.
O, “Barselona”dakı komanda yoldaşı Lionel Messinin qarşısını almalı olduqlarını bildirib: “Bizi dünyanın ən yaxşı futbolçularına qarşı maraqlı oyun gözləyir. Dünya çempionatında çıxış etməyimizdən çox məmnunuq. Motivasiyamız yüksək səviyyədədir. Messini dayandırmalıyıq, təbii ki, qaydalar çərçivəsində. İlk oyundakı nəticə heç nəyi dəyişmir. İstənilən halda onlar favoritdirlər. Əminəm ki, Argentina yığması qələbə üçün əlindən gələni edəcək. Biz də bütün dünyaya gücümüzü göstərməliyik”. Qeyd edək ki, sabah keçiriləcək Argentina - Xorvatiya matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb