Türkiyə Avropa Birliyinə (AB) daxil olarsa, birliyi 60 minlik ordu ilə təmin etməyə hazırdır.
Musavat.com xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Türkiyənin AB ilə əlaqələr naziri Volkan Bozkır bildirib. Onun sözlərinə görə, AB indiyədək öz ordusuna malik olmadığı üçün yumşaq güc qismində özünü göstərməli olur.
Öz növbəsində NATO baş katibi Yens Stoltenberq Avropanın vahid ordusunun yaradılması ilə bağlı təklifləri şərh edərkən bildirib ki, AB-nin ordusu NATO-nu əvəzləməməlidir. “Mən Avropanı ona səsləyirəm ki, nə edəcəklərsə-etsinlər, təki bu, bizim alyans daxilində etdiklərimizi tamamlamağa xidmət eləsin, əvəzləməyə yox” – deyib baş katib.
Xatırladaq ki, vahid Avropa ordusu ideyasına Almaniyanın kansleri Angela Merkel, müdafiə və xarici işlər naziri, habelə Avropa Komissiyasının sədri Yan-Klod Yunker dəstəkləyir. Belə qənaət var ki, AB-nin öz silahlı qüvvələrinin olması Rusiyaya Avropanın öz dəyərlərini daha ciddi qorumaq əzmində olduğunu nümayiş etdirər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.