"Mançester Siti"nin hücumçusu Edin Dzeko komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, bosniyalı futbolçu "Mançester Siti"dən ayrılmaq niyyətində olmadığını deyib:
"Mançester Siti" ilə müqaviləni yeniləmişəm. Komandada xoşbəxtəm və getmək fikrim yoxdur. Ola bilər, son oyunlarda az qol vururam. Ancaq bu komandanın heyətində 50 qol vurmaq böyük uğurdur. Əsas hədəfimiz titullar qazanmaq və turnir cədvəlində "Çelsi"ni qabaqlamaqdır".
Qeyd edək ki, Dzeko 2011-ci ildə "Volfsburq"dan "Mançester Siti"yə transfer olunub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.