ABŞ-da polis tərəfindən qətlə yetirilən afroamerikan vətəndaşın yaşadığı rayonda ard-arda istefalar müşahidə olunur.
ANS PRESS-in məlumatına görə, Amerikanın CNN telekanalı Ədliyyə Nazirliyinin Ferqüson polisinin qaradərililərə qarşı irqçi hərəkət etdiyi barədə hesabat yaymasından sonra şəhər polisi rəisinin istefa verdiyi xəbərini yayıb.
Polis rəisi Tomas Cekson Sent Luis pilis idarəsində 30 il ərzində müxtəlif vəzifələrdə çalışıb.
Bundan başqa, şəhər bələdiyyəsində işləyən bir vəkilin, iki polisin, eləcə də şəhər mclisi sədrinin istefa etdiyi vurğulanır.
Xatırladaq ki, Maykl Braun avqustun 9-da Fergüson şəhərində polisin tələbinə tabe olmadığına görə qətlə yetirilmişdi. İnsidentdən sonra şəhərdə kütləvi iğtişaşlar, polis ilə etirazçılar arasında toqquşmalar baş vermişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.