Rusiya prezidenti Vladimir Putinin səhhətində narahatlıq yaranıb.
ANS PRESS-in məlumatına görə, bu ehtimalı Reuters agentliyi Qazaxıstanın hökumət mənbələrinə istinadən yayıb.
İnterfax agentliyinin məlumatına görə isə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Vladimir Putinin bu həftənin sonuna planlaşdırılan səfərinin təxirə sallındığını təsdiq edib, lakin səbəbləri açıqlamayıb.
Bu səfər zamanı, martın 12-13-də Rusiya prezidentinin qazaxıstanlı və belarus həmkarları ilə görüşü keçirilməli idi.
Dmitri Peskov deyib ki, üç prezident Astanada keçirilməli olan sammitin vaxtını dəyişmək barədə razılığa gəliblər.
Peskov “Qovorit Moskva” radiosunun suallarına cavab verərkən səfərin təxirə salınmasının səbəblərini açıqlamaqdan imtina edib.
“Biz səbəblər barədə izahat vermirik. Bu, liderlərin qərarıdır” – deyib sözçü bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.