Argentina Futbol Federasiyası millinin baş məşqçisi vəzifəsinə "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanı gətirmək istəyir.
Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, hazırkı baş məşqçi Xorxe Sampaolini istefaya göndərməyə hazırlaşan qurum 47 yaşlı mütəxəssisə təklif göndərməyi planlaşdırır. Federasiya Qvardiolaya ilinə 12 milyon dollar qazanacağı və DÇ-2022-nin sonuna kimi müqavilə təklif etməyi düşünür.
Qeyd edək ki, Argentina 1/8 finalda Fransaya 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.