banner
banner

İdman

Bakıda yeni şahmat məktəbi açılıb

Bakıda yeni şahmat məktəbi açılıb

Bu gün Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi ərazisində şahmat məktəbinin açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, 2 mərtəbə və zirzəmi hissəsindən ibarət məktəbin tikilialtı sahəsi 333 kv.m, ümumi sahəsi isə 963 kv.m, həcmi 3724 kub.m təşkil edir.

Şahmat məktəbində şahmat tədrisi üçün sinif otaqları, yarışların keçirilməsi üçün yarış zalları, müəllimlər otağı, kitabxana, tədris üçün nəzərdə tutulan və xüsusi şahmat proqramları ilə təchiz edilmiş kompüter otağı, həkim otağı, inzibati otaqlar, mətbəx, sanitar qovşaqlar var. Məktəbdə eyni zamanda 70-80 nəfərin tədrisi üçün bütün imkanlar yaradılıb.

 

Bina tədris və yarışlar üçün nəzərdə tutulmuş elektron lövhələr, müvafiq inventar, avadanlıq və ləvazimatlarla tam təchiz edilib.

Eyni zamanda şahmat məktəbinin təminatı üçün ərazidə içməli və yanğına qarşı ehtiyat su anbarı, nasosxana inşa edilib. Bina müasir ventilyasiya, kondisioner, işıqlandırma, istilik, yanğın xəbərverici siqnalizasiya sistemləri və su, kanalizasiya, elektrik, rabitə, internet xətləri ilə təchiz edilib.

Şahmat məktəbi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.