İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt DÇ-2018-in 1/4 final mərhələsində İsveçə qarşı keçirəcəkləri oyundan danışıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, skandinaviyalılara hörmətlə yanaşdıqlarını bildirib:
“Biz inkişafa nail olmuşuq. Lakin hələ ki, lazımi nəticəyə çatmamışıq. Oyunçularımız qələbəyə acdılar. Kolumbiya ilə görüş bizə çox şey öyrətdi. Qazandığımız uğurla kifayətlənmək fikrində deyilik. Daha böyük nəticələr qazanmaq istəyirik.
İsveç millisinə hörmətlə yanaşırıq. Onların öz oyun tərzləri var. Bu komanda güclülərlə mübarizədə yaxşı nəticə qazanmağı bacarır. İsveçlilərə qarşı çox oynamışam. Onlar topa rəqibdən daha az yiyələnirlər. Şənbə günü qələbə qazanmaq üçün çox gözəl futbol sərgiləməliyik”.
Qeyd edək ki, iyulun 7-də keçiriləcək İsveç - İngiltərə oyunu Bakı vaxtı ilə 18:00-da start götürəcək
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb