Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Türkiyənin “Beşiktaş” klubu Brüsseldə “Brügge” ilə qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı “Beşiktaş” açıb. 46-cı əqiqədə Gökhan Törənin dəqiq zərbəsi qolla nəticələnib. 62-ci dəqiqədə isə "Brügge"nin hücumçusu Tom De Sutter hesabı bərabərləşdirib. 78-ci dəqiqədə meydan sahibləri penalti hüququ qazanıblar. Lior Rafaelov penaltini dəqiq yerinə yetirib - 2:1.
Komandalar arasında cavab qarşılaşması martın 19-da İstanbulda keçiriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.