UEFA PSJ-nin futbolçusu Zlatan İbrahimoviçin qırmızı vərəqəsinin ləğvi ilə bağlı müraciətinə cavab verib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumu Paris təmsilçisinin müraciətini rədd edib.
İsveçli hücumçuya veriləcək cəzanın yaxın günlərdə açıqlanacağı bildirilib.
Qeyd edək ki, Z.İbrahimoviç Çempionlar Liqasının 1/8 finalında "Çelsi"yə qarşı cavab matçının (2:2) 30-cu dəqiqəsində qırmızı vərəqə ilə cəzalandırılıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.