"Real"ın prezidenti Florentino Peres baş məşqçi Karlo Ançelottini istefaya göndərəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Santyaqo Bernabeu" stadionunda keçirdiyi mətbuat konfransında bu xəbərləri təkzib edib:
"Son üç oyunda qalib gələ bilmədiyimiz üçün baş məşqçi və futbolçuların tənqid olunması ədalətli deyil. Biz komandanın üzvlərinə inanırıq. Nə olursa-olsun, Ançelotti "Real"ı çalışdırmağa davam edəcək".
"Real"ın ötən il dörd kubok qazandığını xatırladan F.Peres azarkeşləri Ançelottiyə və oyunçulara dəstək olmağa çağırıb.
Qeyd edək ki, K.Ançelottinin "Real"la müqaviləsi 2015/2016 mövsümünün sonu başa çatır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.