“Əminəm ki, Azar, Kurtua və Villian “Çelsi”də qalacaq”
“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri aparıcı futbolçuların komandadan ayrılama ehtimalına münasibət bildirib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis Tibo Kurtua, Eden Azar və Villianın komandada qalacağına əmin olduğunu bildirib:
“Sərəncamımda Kurtua, Azar və Villian kimi futbolçuların olmasından məmnunam. Lakin onların gələcəkləri təkcə məndən asılı deyil. İndi gözləməliyik. Əminəm ki, onlar komandada qalacaqlar”.
Qeyd edək ki, Kurtuanın xidmətində “Real” maraqlıdır. “Barselona” isə Villianı transfer etmək istəyir. Azarı isə hər iki İspaniya nəhəngi heyətində görmək istəyir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb