banner
banner

Sağlamlıq

Gecə yarısı yeməyin fəsadları...

Gecə yarısı yeməyin fəsadları...

İspan tibb mütəxəssisləri Barselonada 2000-dən çox insanın tibbi məlumatlarını analiz edərək belə nəticəyə gəliblər ki, gecə saat 23-24 arası və gecəyarı oyanıb yemək süd vəzi və prostat xərçənginin inkişafına səbəb ola bilər.

Medisina.az bildirir ki, yatmazdan 3 saat əvvəl yemək və səhərə qədər heç nə yeməmək onkoloji prosesləri 20% azaldır. Axşam yeməyini saat 21:00-a kimi bitirmək lazımdır.

Tədqiqatda 621 nəfər prostat xərçəngi və 1205 nəfər süd vəzi xərçəngi xəstələri də araşdırılıb, onların sutkalıq ritmi normadan uzaq idi. Gec yatıb, gecələr yemək yemək vərdişləri var idi. Sutkalıq bioritmi pozulan insanda hormonların sutkalıq aktivliyi yerini dəyişir, bu da orqanizmdə fəsadlar verir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.