“Milan”ı yeni mövsümdə kimin çalışdıracağı müəyyənləşib.
Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Cennaro Qattuzo baş məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Bu haqda klubun yeni baş direktoru Leonardo açıqlama verib:
“Qattuzo? Mənim fikrim həm də klubun sahiblərinin sözüdür. O, klubdakı fəaliyyətini davam etdirəcək. Ümumiyyətlə, klub rəhbərliyi heç vaxt Qattuzonun qovulmasını müzakirə etməyib.
O, məşqçi kimi xeyli inkişaf edib. Qattuzo sadiqdir və vəzifəsində qalacaq. Kontenin adının “Milan”la yanaş hallanması normaldır. Çünki güclü məşqçilər işsiz qalanda, adları müxtəlif klublarla yanaşı çəkilir. Amma biz heç vaxt Konte ilə danışıqlar aparmamışıq”.
Qeyd edək ki, son günlər dünya mətbuatında “Milan”ı yeni mövsümdən Antonio Kontenin çalışdıracağı haqda xəbərlər yayılmışdı
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.