banner
banner

İdman

Yeni transferi “Qarabağ”dan ayrılır

Yeni transferi “Qarabağ”dan ayrılır

“Qarabağ”ın bu yaxınlarda heyətinə cəlb etdiyi Dani Kuintana Azərbaycanı tərk etməyə hazırlaşır. “Əl-Əhli”dən alınan hücumçu ölkəsi İspaniyaya gedəcək.

28 yaşlı forvard martın 15-də vətəninə yollanacaq. O, İspaniyada qalacağı bir həftə ərzində baş məşqçi Qurban Qurbanovun verəcəyi proqrama uyğun məşqlərini davam etdirəcək. Martın 18-də çempionat oyunundan sonra “Qarabağ”ın digər futbolçuları da 3 günlük istirahətə buraxılacaq. Komanda martın 22-də toplaşacaq ki, Kuintana da həmin gün düşərgədə olacaq.

Qeyd edək ki, Kuintana bu mövsüm iki klubun formasını geyindiyi üçün “Qarabağ”da yalnız gələn mövsüm debüt edə biləcək. (apasport.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.