543 turist "Rincani" vulkanı ərazisindən təxliyə edildi
İndoneziyanın Lombok adasında Rincanı vulkanı təhlükəsi ilə əlaqədar 543 nəfər ərazidən təxliyə edilib.
Trend-in məlumatına görə, təxliyə olunanların hamısının turist olduğu və həmin ərazidə istirahət etdikləri bildirilir.
Hazırda onların səhhəti ilə bağlı heç bir problem olmadığı bildirilir. Ərazidə isə hələ də turistlərin olduğu qeyd edilir. Belə ki, 6 nəfər itkin şəxs qismində axtarılır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.