|
Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - “Kukesi” oyunu canlı yayımlanacaq. Qol.az-ın məlumatına görə, matç “CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq. Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. |


