Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” - BATE (Belarus) oyununa bilet satışı davam edir. Ağdam klubunun mətbuat xidmətindən Qol.az-a bildirilib ki, bu gün axşama olan məlumata əsasən, artıq matça satışa çıxarılan biletlərdən 15 mini satılıb. Qeyd edək ki, “Qarabağ” - BATE matçı avqustun 7-i, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 21:00-da start götürəcək. Oyuna biletləri stadionun kassaları, “Qarabağ”ın Park Bulvardakı rəsmi fan shopu, 28 Mall, eləcə də itichket.az saytından onlayn vasitəsi ilə almaq olar.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb