"Real"”ın yarımmüdafiəçisi Mateo Kovaçiç komandadan ayrılmaq istəyir.
Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, xorvatiyalı futbolçu ötən gün klubun bazasına gələrək rəhbərliklə görüşüb və bildirib ki, onun komandadakı gələcək taleyi ilə bağlı qərar verilməyincə məşqə çıxmayacaq.
Xorvatiya millisinin üzvü daha çox meydana çıxmaq şansı qazanacağı bir kluba keçmək üçün klub rəhbərliyinə bir neçə dəfə müraciət edib. Lakin klubu onu satmaq fikrində deyil.
Qeyd edək ki, Kovaçiç “Real”a 2015-ci ildə “İnter”dən transfer olunub.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb