Əzvay bitkisi (aloye) qədimdən müalicə və kosmetik məqsədlərlə istifadə olunur.
Əzvayın tərkibində 75 müxtəlif aktiv maddə aşkar olunub - vitamin və minerallar, fermentlər, orqanik turşular, sterollar, antioksidantlar və s.
Əzvay çox güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Əzvay şirəsi dəri, oynaqlar, bağırsaq iltihabları zamanı effektlidir.
İşlətmə xüsusiyyətləri olan əzvay qəbizlik zamanı kömək edir.
Saglamolun.az xəbər verir ki, əzvay şirəsi xalq təbabətində mədə xorası xəstəliyinin müalicəsində istifadə olunur. Elmi araşdırmalar aşkar edib ki, əzvay şirəsi mədə xorası və qastritin əsas səbəbi olan Helikobakter pilori bakteriyasına öldürücü təsir edir.
Əzvay orqanizmdə piylərin əriməsini sürətləndirir, arıqlamağa kömək edir.
Ayurvedada əzvay şirəsi qadın xəstəlikləri zamanı (menstruasiyaların pozulmaları, uşaqlıq xəstəlikləri, iltihablar, sonsuzluq) istifadə olunurdu. Həmçinin Ayurvedada əzvay şirəsinin köməyi ilə bronxit və sarılığı, göz xəstəliklərini müalicə edirdilər.
Əzvay immuniteti stimullaşdıran vasitə kimi tanınır.
Əzvay ürəyin sağlamlığına müsbət təsir edir, qanda xolesterini və şəkəri aşağı salır, aterosklerozun inkişafının qarşısını alır, ürəkdə ağrıları azaldır.
Əzvay qaraciyər və öd kisəsi üçün də faydalıdır - qaraciyərin fəaliyyətini yaxşılaşdırır, hepatositləri (qaraciyərin hüceyrələri) dağılmaqdan qoruyur, ödqovucu təsir edir, öd kisəsində iltihabı azaldır.
Əzvay şirəsi orqanizmi ziyanlı maddələrdən təmizləyir və detoksikasiya edir.
Əzvayın dəriyə olan müsbət təsiri hamıya məlumdur. Əzvay şirəsi dərini təmizləyir, cavalaşdırır, tonuslaşdırır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.