İngiltərə Premyer Liqasının ikinci turunda “Çelsi”yə qarşı keçiriləcək oyunda “Arsenal”ın qapısını Petr Çex qoruyacaq.
Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, bu haqda “Topçular”ın baş məşqçisi Unai Emeri məlumat verib:
“Düşünürəm ki, Çexin təcrübəsi, bacarığı var. Eləcə də Bernd Leno bizimlədir. Həm Çex, həm də Leno bizim üçün vacib qapıçılardır. Onların hər ikisi oyun praktikası qazana bilərlər.
Lakin şənbə günü “Çelsi” ilə oyunda start heyətində Çex yer alacaq. Mən ona güvənirəm. O, hətta səhv etsə belə, yenə də Çexə inanmağa davam edəcəyəm”.
Qeyd edək ki, Leno yayda “Arsenal”a “Bayer Leverkuzen”dən 25 milyon avroya transfer olunub.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb