"Şerif"dən səfər qələbəsi – “Qarabağ”la oyun öncəsi
Moldova çempionatında 17-ci tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, turun son oyununda “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Şerif” səfərdə “Milsami”nin qonağı olub. Görüş Tiraspol klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Şerif”in heyətində qolları Jo Santos və Rifet Kapiç vurublar.
Bu nəticədən sonra xallarının sayını 39-a yüksəldən “Şerif” liderliyini bir az da möhkəmləndirib. Hazırda onları ikinci pillədəki “Milsami”dən 7 xal ayırır.
Qeyd edək ki, “Qarabağ”la “Şerif” arasında ilk oyun avqustun 23-də Tiraspolda keçiriləcək və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra paytaxtımızda olacaq. Həmin görüşün başlama saatı da 21:00-dır.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.