banner
banner

Sağlamlıq

Linza taxanların nəzərinə - Kor qala bilərsiniz!

Linza taxanların nəzərinə -

Amerika alimləri yatmazdan əvvəl linzaları çıxartmağı tövsiyə edir. Əks halda linzalarda yatmaq vərdişi korluğa səbəb ola bilər.

Görmənin korreksiyası üçün istifadə olunan kontakt linzalar bütün dünyada çox populyardır. Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, yalnız ABŞ-da kontakt linzalardan 45 milyondan çox insan istifadə edir.

Kontakt linzalar çox rahatdır. Lakin belə linzalardan fasiləsiz istifadə gözə oksigenin daxil olmasına ciddi mane olur ki, bunun nəticəsində buynuz qışasının üzərində mikro deşiklər əmələ gəlməyə başlayır.

Mikrob və infeksiyalar bu deşiklərə asanlıqla düşə bilər. Bu isə öz növbəsində güclü iltihablara və hətta korluğa səbəb ola bilər.

Alimlər linzalardan yalnız vacib hallarda istifadə etməyi, yatmazdan əvvəl isə onları mütləq çıxartmağı tövsiyə edirlər. Bu gözlərə "nəfəs almağa" kömək edir və müxtəlif iltihablardan qoruyur.  

Mütəxəssislər linzalardan 8 saatdan artıq (gün ərzində) istifadə etməyi tövsiyə etmirlər.

Bütün dediklərimiz rəngli linzalara da aiddir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.