banner
banner

İdman

“Ferrari”nin pilotu Belçika Qran-Prisinin qalibi olub

“Ferrari”nin pilotu Belçika Qran-Prisinin qalibi olub

“Ferrari”nin almaniyalı pilotu Sebastyan Fettel Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsinin - Belçika Qran-Prisinin qalibi olub.

AZƏRTAC xəbər verir ki, ikinci yerə “Mercedes”in britaniyalı pilotu Luis Hamilton, üçüncü yeri isə “Red bull”un hollandiyalı təmsilçisi Maks Ferstappen tutub.

Yarışın startında qəza baş verib və nəticədə ispaniyalı Fernando Alonso (“Maklaren”), Monakodan olan Şarl Lekler (“Zauber”) və almaniyalı Niko Hyulkenberq (“Reno”) trasdan çıxıblar.

Luis Hamilton 231 xal yığaraq dünya çempionatında şəxsi hesabda liderliyini saxlayır. İkinci pillədə Sebastyan Fettel (214 xal), üçüncü sırada isə “Ferrari”dən olan finlandiyalı sürücü Kimi Raykonen (146 xal) qərarlaşıb.

Dünya çempionatının növbəti mərhələsi avqustun 31-dən sentyabrın 2-dək İtaliyada keçiriləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.