banner
banner

Dünya

Norveçdən ermənilərə şok

Norveçdən ermənilərə şok

Norveçin baş naziri Erna Solberq qondarma erməni “soyqırımının” 100-cü ildönümünün anım tədbirlərində iştirak etməyəcək. ANS PRESS-in məlumatına görə, xanım Solberq Türkiyə ilə olan münasibətlərin çox əhəmiyyətli olduğunu deyərək qondarma “soyqırımı” tədbirlərinə qatılmayacağını açıqlayıb. 

Tədbirlərdə xarici işlər nazirinin də iştirak etməyəcəyini bildirən Norveç baş naziri Ermənistandakı səfirlərinin tədbirə qatılma ehtimalını istisna etməyib. 

Baş nazirin müşaviri Baard Qlad Pedersen isə bu kimi məsələlərdə tarixçilərin qərar verməsinin doğru olacağını deyib. 

“Bu, illərdir müzakirə olunan bir mövzudur. Amma nəyin soyqırımı olub-olmadığını BMT qərarıyla müəyyənləşir. Ona görə də bu məsələni tarixçilərin dəyərləndirməsi doğru olar. Digər ölkələrdəki tədbirlərdə ölkələri səfirlərin təmsil etməsi çox təbiidir”. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.