banner
banner

XƏBƏRLƏR

MİRAS yaradılıb - FƏRMAN

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi (MİRAS) yaradılıb.

Zahirəddin İbrahimovun həbs müddəti uzadıldı

Üçüncü ölkənin ərazisində məskunlaşıb digər ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirli bilinərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi tədbirlərlə Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuş 1954-cü il təvəllüdlü Zahirəddin İbrahimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Pensiya ilə bağlı bəd xəbər: Sovet dövründə çalışanlar...

Sovet dövründə işləyən minlərlə vətəndaşın pensiya kapitalı bu gün çox aşağı hesablanır və bu problem sosial narazılıq doğurmaqdadır. Vətəndaşlar bildirirlər ki, təyinatla işlədikləri illərin dəyəri pensiya sistemində nəzərə alınmır və cəmi bir neçə manat hesablanması ədalətsizdir.