banner
banner

Gündəm

Sabiq prokuror psixiatrik xəstəxanada müalicə olunur

Sabiq prokuror psixiatrik xəstəxanada müalicə olunur

Bakı şəhəri Xətai rayonunun keçmiş prokuroru Mahir Cavadov psixatrik xəstəxanada müalicə olunur.

Cia.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a məlumatı “Xudafərin” jurnalının baş redaktoru, Azərbaycan Dostları Cəmiyyətinin sədri Elman Mustafazadə verib.

Onun sözlərinə görə Mahir Cavadovun ailəsi və Azərbaycandakı qohumları ilə əlaqəsi yoxdur.

E.Mustafazadə sabiq prokurorun 1995-ci ildən mühacirətdə olduğu Avstriyanın Zalsburq şəhərindəki psixatriya xəstəxanasında bir ildən artıqdır müalicə aldığını deyib.

Xatırladaq ki, M. Cavadov keçmiş XTPD-nin ("OMON") rəhbəri Rövşən Cavadovun qardaşıdır.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Nazirdən mühüm açıqlama: 48 faiz artım olacaq

“Gələn il dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur. Beləliklə, 2026-cı ildə də sosialyönlü xərclər əsas prioritetlər sırasında olacaq”.

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvlərinin iştirakı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Penitensiar Müəssisəsində tədbir keçirilib.

DİN çağırış edir: bank kartlarınızı qoruyun

Bank kartlarına müdaxilə hallarının artdığı bir dövrdə hər bir vətəndaş daha ehtiyatlı olmalıdır. Bununla bağlı DİN-in Mətbuat Xidməti növbəti dəfə çağırış edir, vətəndaşların sadə təhlükəsizlik qaydalarına əməl etməyə diqqəti yönəldir.