banner
banner

XƏBƏRLƏR

Paşinyan Ağrı dağı ilə bağlı açıqlama verdi

Cia.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Ağrıdağı təsvirinin pasport möhürlərindən silmək qərarının səbəblərini açıqlayıb. Onun sözlərinə görə, bu addım "Ermənistanı dügün aerodinamikaya yönəltmək" və ölkənin dövlətçiliyini möhkəmləndirmək məqsədi ilə atılıb.

"AZƏRSU", YOXSA "AZƏRYEZİD"? - Bu qurum daha nə qədər sakinlərə zülm verəcək?!

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (“Azərsu”) yay-qış demədən Bakı sakinlərini su ilə sınağa çəkməkdə davam edir. Məsələn, Xətai rayonu ərazisində dünən günorta saatlarından etibarən yenə su kəsilib. Bunun səbəbi haqda əvvəlcədən istehlakçılara məlumat verilməməsi bir yana, suyun nə vaxt veriləcəyi də bəlli deyil. Çünki Agentliyin 955 Çağrı Mərkəzinə düşmək mümkün deyil.

40 min rəsmi narkoman – Azərbaycanda vəziyyət kritik həddə çatdı

“Necə ola bilər ki, illərlə buna qarşı mübarizə gedir, amma effektiv nəticə yoxdur. Əksinə, azalmır çoxalır. Demək metodoloji yanaşmanı dəyişmək lazımdır. Həm hüquq-mühafizə orqanları səviyyəsində, həm də cəmiyyətdə aparılan işlərlə. Bir yanaşma ki effekt vermir, demək dəyişməlidir. Hesab edirəm ki, hər iki istiqamətdə ciddi tədbirlər görmək lazımdır”.

Beyləqanda çətənə bitkiləri əkib-becərən şəxslər saxlanılıblar

Beyləqanda polis əməkdaşları narkotik tərkibli çətənə kollarının kultivasiyasını təşkil edən əvvəllər məhkum olunmuş Abbas Məmmədov və tanışı Daşqın Qədirovu saxlayıblar. Onların rayon ərazisində yerləşən meşə massivində 67 ədəd çətənə bitkisi yetişdirdikləri məlum olub.

Bu bürclərə inanmamışdan əvvəl iki dəfə düşünün - YALANÇIDIRLAR

Bəzən bürclərin xarakter üzərində təsiri barədə mübahisələr bitmir. Kimisi bürclərə kor-koranə güvənir, kimisi isə bunu sadəcə əyləncə hesab edir. Amma astroloqların son paylaşımı xüsusilə diqqət çəkib və məlum olub ki, bəzi bürclər başqalarına nisbətən daha çox yalan danışmağa meyllidir.

“2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti

Sabah başlayacaq “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.

Gürcüstanda inqilab törətmək istəyirlər

Cia.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili müxalifəti və xaricdən dəstəklənən qeyri-hökumət təşkilatlarını qarşıdakı seçkilər dövründə ölkədəki sabitliyi pozmağa çalışmaqda ittiham edib. Papuaşvili jurnalistlərlə görüşündə.deyib: "Bəzi QHT və partiyalar xaricdən edilən diqtə ilə bu təhlükəli yola qədəm qoyublar. Bu yol birbaşa "maydan"a, qan tökülməsinə və iğtişaşlara aparır".

Bakıda orta aylıq əməkhaqqı 1370 manatı ötdü

2025-ci ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 1375,4 manat təşkil edib.