XƏBƏRLƏR
Parlamentdə dəyirmi masa olacaq
Milli Məclisin payız sessiyası müddətində insan hüquqları ilə bağlı qabaqcıl beynəlxalq təcrübə əsasında dəyirmi masa keçiriləcək.
Ölkə ərazisinə leysan yağır
Azərbaycanın bəzi yerlərində sentyabrın 17-si saat 9:00-a olan məlumata əsasən arabir leysan xarakterli yağış yağır.
“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq
Ölkə ərazisində qanunsuz estetik əməliyyat edərək rezonans yaradan saxta həkimlər əhalidə ciddi narahatlıq yaradıb. Artıq insanlar kimə güvənəcəyini bilmirlər.
Musiqi məktəbərində təhsil haqqının 2 dəfə artırıldığı bildirilir – Valideynlər narazılıq edir
Musiqi məktəblərinə bu il keçirilən qəbul imtahanlarında 80, 90 və hətta maksimal 100 bal toplayan uşaqların əksəriyyəti pullu əsaslarla təhsilə yönləndirilib.
Bakının bu əraziləri yenidən qurulur - Sərəncam
Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb.
Leysan yağacaq – Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq 17-si axşamadək arabir yağış yağacağı gözlənilir.
Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi – Ölkə rəhbərliyinə ŞOK məktub
Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
54 milyon manat yeyinti ittihamı ilə bugünlərdə 14 il azadlıqdan məhrum edilən “SOCAR-AQŞ” MMC-nin keçmiş baş direktoru Ramin İsayevlə bağlı cinayət işində adı keçən şəxslərin bir çoxu onun yaxınlarıdır.
Prezident qəbul keçirdi
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikini qəbul edib.
Siyəzən sakinləri icra başçısının fəaliyyətindən narazıdır... - ŞİKAYƏT
Siyəzən rayon, Şamil Baxşıyev küçəsinin bir qrup sakini tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər qəzetimiz vasitəsilə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, İnsan Hüquları üzrə müvəkkil Səbinə Əliyevaya, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə və Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıblar:
Prezident Xocalı sakinləri ilə görüşdü - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb.
Xankəndi, Ağdərə və Xocalıda Bilik Günü qeyd olunub- FOTO
15 sentyabr Bilik Günü münasibətilə Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə, Xocalı şəhər 1 nömrəli orta məktəbdə, Ballıca kənd orta məktəbində, eləcə də Ağdərə rayonunun Həsənriz, Vəngli, Suqovuşan və Talış kənd orta məktəblərində tədbir keçirilib.
İrəvan Ağrı dağına olan iddalarından əl çəkir? - "Real Ermənistan ideologiyasının müasir tələblərinə uyğun deyil"
Cia.az xəbər verir ki, Ermənistanda pasport möhürlərində Ağrı dağının təsvirindən imtinanın səbəbləri barəsində açıqlama verilib.
Soydaşımız Rusiyada deputat seçildi
Cia.az xəbər verir ki, azərbaycanlı Bəhruz Əli oğlu Hümbətov Rusiya Federasiyasının Udmurt Respublikasının İjevsk Şəhər Dumasının 25 saylı dairəsinin deputatı seçilib. O, rayon seçicilərinin 56 faizinin səsini toplayıb.
Xocalının Daşbulaq kəndinə ilk köç oldu.
Qarabağa böyük qayıdış prosesi davam edir. Sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç mənzil başına çatdı. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub.


