banner
banner

XƏBƏRLƏR

Paytaxta külli miqdarda narkotik vasitə və psixotrop maddə gətirmək istəyən şəxs Cəlilabadda saxlanılıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitə və psixotrop maddələrin dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 40 yaşlı Mahir Atəşrus saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, ondan ümumilikdə 18 kiloqramdan artıq marixuana və metamfetamin aşkarlanıb.

“Elçin Babayev BDU-nu dədə mülkü kimi idarə edir”

Rektor Elçin Babayev ölkənin bir nömrəli universiteti olan Bakı Dövlət Universitetini dədə mülkü kimi idarə edir. Saat hesabı müəllim işləyənlər hələ əməkhaqlarını ala bilmirlər. Universitetdə 0,5 ştatlar ləğv olunub.

DİN BNMİ əməliyyat keçirib 60 kq narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilib Bakı şəhərində dövriyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Nərimanov rayonunda keçirilən tədbir zamanı 48 yaşlı Mahir Məhərrəmov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 60 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. M.Məhərrəmov cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə narkotiklərin daşımasını taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən istifadə edərək təşkil edib. Əməliyyat-texniki tədbirlərlə onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə əlbir olub ölkə ərazisində narkotik vasitələrin yayılmasını təşkil etdiyi sübuta yetirilib.