banner
banner

XƏBƏRLƏR

Köhnə maşınlar buna görə bahalaşır -SƏBƏB

Köhnəlmiş avtomobillərin dövriyyədən çıxarılması və onların utilizasiyası son illərdə ölkədə yol təhlükəsizliyi və ekoloji tarazlıq baxımından gündəmdə olan əsas məsələlərdən biridir. Avtomobil parkının əhəmiyyətli hissəsinin istismar müddətini başa vurması bu sahədə sistemli yanaşmanın tətbiqini zəruri edib. Hazırda utilizasiya prosesi “Təmiz Şəhər” ASC-nin operatorluğu ilə həyata keçirilir. Proses çərçivəsində utilizator kimi fəaliyyət göstərən bir neçə şirkət mövcuddur və vətəndaşlar istismar müddəti bitmiş avtomobillərini elektron portal vasitəsilə qeydiyyatdan keçirərək utilizasiyaya təhvil verə bilirlər. Avtomobil utilizasiyaya təqdim edildikdən sonra sahibinə təsdiqedici sənəd verilir və bu sənəd əsasında ya birdəfəlik ödəniş, ya da yerli istehsal olan yeni avtomobil alarkən güzəşt əldə etmək mümkündür. “Təmiz Şəhər” ASC-ın məlumatına görə, utilizasiya ilə bağlı qiymətlərin artırılması istiqamətdə hazırlanmış təkliflərlə bağlı müzakirələr aparılır. Gələcəkdə utilizasiya qiymətlərində dəyişiklik gözlənilirsə, bu nə vaxt və hansı səviyyədə ola bilər?

Dövlət işində çalışanların maaşları ilə bağlı - Yeni qərar

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri müəyyənləşdiriləcək.