İsrail ordusu Beyrutda “Hizbullah” hərəkatının yüksək rütbəli komandirini hədəfə alaraq zərbə endirib.
Cia.az-in məlumatına görə, bu barədə Təl-Əvivdən açıqlama verilib. Əməliyyatın detalları hələlik açıqlanmır.
Qeyd edək ki, Tehran İsrailin hərbi əməliyyat planına etiraz edərək, atəşkəs razılaşmasından çıxacağı ilə təhdid etsə də, Ağ Ev lideri İsrailin Livandakı əməliyyatlarına bəraət qazandırıb.
İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
ABŞ prezidenti Donald Tramp iyulun 16-da xalqa ünvanlayacağı növbəti müraciətində ABŞ ilə İran arasındakı hərbi münaqişə mövzusuna toxunmaq niyyətindədir.